Maya Rüstəmova: Heydər Əliyev Azərbaycana xidmət edən, millətini sevən bir insan idi

Maya Rüstəmova: Heydər Əliyev Azərbaycana xidmət edən, millətini sevən bir insan idi
18:08 12 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Azərbaycana xidmət edən, millətini sevən bir insan idi. Həqiqətən mən bu gün kövrəlirəm. Hesab edirəm ki, onun ruhu indi də bizimlədir.
Bu sözləri dekabrın 12-də AZƏRTAC-a müsahibəsində Ümummilli Liderin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində aparıcı mütəxəssis Maya Rüstəmova deyib.
Bildirib ki, Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara xüsusi qayğı göstərib, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində olub. Ümummilli Lider bu insanların problemlərini özünün bir nömrəli problemi adlandırırdı. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlayır, çadır şəhərcikləri ləğv olunur, müxtəlif bölgələrdə məçburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olunur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Maya_Rustemova_Heyder_Aliyev_Azerbaycana_xidmet_eden_milletini_seven_bir_insan_idi-910759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR