Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səudiyyə Ərəbistanı: Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır

Səudiyyə Ərəbistanı: Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır

Date: 12 December 2015 18:17

Bakı. 12 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığı tarixində ilk dəfə olaraq qadınlar şənbə günü keçirilən seçkilərdə səs verir.
"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, seçmək hüququ ilə yanaşı qadınlar seçilmək hüququndan da istifadə edə bilər.
Ölkə boyu təşkil olunan bələdiyyə seçkilərində namizəd olaraq qeydiyyatdan 978 qadın keçirilib. Kişi namizədlərin sayı 6 minə yaxındır.
Səsvermə məntəqələrinə təxminən 130 min qadın və 1,35 milyon kişinin gələcəyi gözlənilir.
1965-ci illə 2005-ci il arasında ölkədə seçkilər ümumiyyətlə keçirilməyib. Hazırkı seçkilər krallığın tarixində sayca üçüncü səsvermədir.

Tags:  Səudiyyə Ərəbistanı Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır

RƏYLƏR


Top news