Bakı, 12 noyabr, Nihad Budaqov, AZƏRTAC
İraq kürd muxtar regionu noyabrda Türkiyənin Ceyhan limanına gündəlik orta hesabla 600 min barrel olmaqla, ümumilikdə 18 milyon barrel neft ixrac edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İraq kürd muxtar regionunun Təbii Ehtiyatlar Nazirliyinin rəsmi saytında məlumat verilir. Bildirilir ki, keçən ay muxtar regiondakı quyulardan 13 milyon barrel, Kərkükdəki yataqdan isə 5 milyon barrel xam neft hasil edilib.
Nazirliyin məlumatına görə, noyabrda Kərkük-Yumurtalıq xam neft boru kəmərinə yönələn hücumlar və oğurluqlarla əlaqədar neftin nəqlində 2 gün müəyyən fasilələr yaranıb, bu da ixracın həcminin azalmasına səbəb olub.