Filarmoniyada Tofiq Bakıxanovun yubileyi qeyd edilib

Filarmoniyada Tofiq Bakıxanovun yubileyi qeyd edilib
18:28 12 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Aşıq Vüqar Filarmoniyada konsert verəcək (23 Fevral 2017 09:14)


Bakı, 12 dekabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq Artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova çıxış edərək görkəmli bəstəkarın həyat və yaradıcılığı barədə məlumat verib. Bir neçə gündür Bakıda Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş festival keçirildiyini diqqətə çatdıraraq bildirib ki, festival çərçivəsində bir çox konsert salonlarında bəstəkarın yaradıcılığına həsr olunmuş konsertlər təşkil edilib.
Qeyd edib ki, Tofiq Bakıxanov xalqımızın çox sevimli, seçilən bəstəkarlarından biridir. Onun əsərləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə səslənir. Tofiq Bakıxanov çox ziyalı bir nəslin nümayəndəsi olduğu vurğulanaraq bildirilib ki, onun ulu babası Abbasqulu Ağa Bakıxanov Azərbaycanın görkəmli tarixçisi, filosofu, atası Əhmədağa Bakıxanov isə Xalq artistidir.
Nəzərə çatdırılıb ki, Tofiq Bakıxanovun formalaşmasında dahi bəstəkar Üzeyir Hacıbəylinin çox böyük rolu var. Çünki Üzeyir Hacıbəyli ilə Əhmədağa Bakıxanov dost idilər. Üzeyir bəyin məsləhəti ilə Tofiq Bakıxanov musiqi məktəbinin skripka sinfinə daxil olur. Həmin məktəbdə oxuyaraq o artıq bəstəkarlığa da böyük meyil göstərir. O, 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını A.N.Amitonun dərs dediyi skripka sinfini, 1957-ci ildə dahi bəstəkar Qara Qarayevin bəstəkarlıq sinfini bitirib.
Vurğulanıb ki, musiqi ictimaiyyəti Tofiq Bakıxanovu ilk növbədə skripkaçı kimi tanıyıb. O, hələ 12 yaşında- musiqi məktəbində oxuyanda bir çox konsert salonlarında, radioda skripkaçı kimi çıxış edib. Daha sonra dövlət triosunda çıxış edib və bir çox Azərbaycan bəstəkarlarının skripka üçün əsərlərinin ilk ifaçısı olub.
Bəstəkarın çoxşaxəli yaradıcılığı barədə danışan Z.Qafarova qeyd edib ki, o bir çox janrlarda musiqilərin - 3 musiqili komediya, 3 balet, 8 simfoniya, müxtəlif alətlər üçün 25 konsert, 26 sonata, simfonik muğamlar, çoxlu sayda kamera-instrumental və kamera-vokal əsərlər, süitalar, uvertüralar, mahnılar və romansların müəllifidir.
Tofiq Bakıxanovun pedaqoji fəaliyyətindən söhbət açılaraq vurğulanıb ki, o, Asəf Zeynalla adına musiqi kollecində skripka dərsi deyib. Bakı Musiqi Akademiyasında uzun müddət kamera instrumental kafedrasında çalışaraq bir çox alətlər üçün əsərlər yazıb ki, bu əsərlər həm görkəmli ifaçılarımız tərəfindən səsləndirilib, həm də tədris sistemində yer alıb.
Qeyd edilib ki, Azərbaycanda ilk birpərdəli balet olan “Xəzər balladası” Tofiq Bakıxanovun yaradıcılığının vizit kartıdır. Xəzər neftçilərinə həsr olunmuş bu əsər 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulub. 1969-cu ildə Parisdə keçirilən VII Beynəlxalq musiqi festivalında nümayiş olunub və böyük uğur qazanıb. Balet Fransanın bir çox şəhərlərində, keçmiş sovet ölkələrində səhnəyə qoyulub və bəstəkara çox böyük şöhrət gətirib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan MR-nin Ali Məclisinin sədri Vasif Talıbovun bəstəkara ünvanladığı təbrik məktubu oxuyub. O, həmçinin musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Tofiq Bakıxanova Əməkdar İncəsənət Xadimi fəxri adının verilməsi barədə Naxçıvan MR Ali Məclis sədrinin Sərəncamını diqqətə çatdırıb.
Sonra Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında konsert təqdim edilib. Proqramda ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Həmişə bizimləsən” simfonik muğamı, “Nəva” simfonik muğamı, “Dünya durduqca yaşa”, “Vətən nəğməsi”, “Təntənəli uvertüra”, “Bağışla məni”, “Sevən könül” və digər əsərlər səsləndirilib.





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Samuxda qadın ağacdan yıxıldı

27 İyun 2017 23:37

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlər prokurorluqdadır”

27 İyun 2017 23:37

Kluba cilvəli getdi - FOTO

27 İyun 2017 23:32

Kişinin sevgisini bilmək istəyirsinizsə... - XANIMLARA PSİXOLOQ MƏSLƏHƏTİ

27 İyun 2017 23:27

Sizin Alsheymer xəstəliyinə yaxalanma riskiniz varmı?

27 İyun 2017 23:22

Azad Rəhimov: "Tayson, Holifild və Coşua Bakıya dəvət olunub"

27 İyun 2017 23:17

"Survivor" iştirakçısı tanınmış aktyorla sevgilidir - FOTO

27 İyun 2017 23:17

Oynaqlarında xırçıltılar və bel ağrıları varsa...

27 İyun 2017 23:17

Şəmkirdə ev kül oldu

27 İyun 2017 23:14

Boyun osteoxondrozuna qarşı effektli məşq proseduru

27 İyun 2017 23:12

Formula 1 üzrə Qran Prini nə qədər tamaşaçı izləyib?

27 İyun 2017 23:12

Şəmkirdə mənzildə yanğın baş verib

27 İyun 2017 23:09

"Qalatasaray" ik transferi açıqladı (RƏSMİ)

27 İyun 2017 23:07

Müğənni istirahətdən erotik fotolar paylaşdı - FOTO

27 İyun 2017 23:05

Facebook istifadəçilərinin sayı 2 milyardı ötüb

27 İyun 2017 23:05

İlham Əliyev: "Cənub Qaz Dəhlizi" layihəsini 100 faiz tamamlamaq üçün 2-3 il vaxt lazımdır"

27 İyun 2017 23:02

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB

27 İyun 2017 22:58

Uzun müddətdir boşanmış insanların kəbin kağızının bir əhəmiyyəti varmı?

27 İyun 2017 22:57

Poşada Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib (FOTO)

27 İyun 2017 22:55

Polşada Azərbaycan prezidentinin şərəfinə rəsmi ziyafət verilib -

27 İyun 2017 22:54

Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?

27 İyun 2017 22:52

Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır

27 İyun 2017 22:50

Millimizin üzvü A Seriyasında - FOTO

27 İyun 2017 22:47

Xərçəng əleyhinə bakteriya tapıldı

27 İyun 2017 22:47

“Qarabağ” - “Dinamo” görüşünün başlama vaxtı müəyyənləşdi

27 İyun 2017 22:47

Prezident İlham Əliyev: Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır

27 İyun 2017 22:43

Çempionlar Liqası tarixində ilk

27 İyun 2017 22:42

Rəqibdən xəbər yoxdu, “Zirə” vaxtı açıqladı

27 İyun 2017 22:42

"Formula-1" üzrə Azərbaycan Qran-prisini 70 minədək tamaşaçı izləyib

27 İyun 2017 22:42

İnsan ölərkən ruhu görünə bilərmi?

27 İyun 2017 22:42

Lukaşenkonun Putinlə görüşünün tarixi məlum oldu

27 İyun 2017 22:38

"Doktorlar"ın Elası 3-cü dəfə hamilədir - FOTO

27 İyun 2017 22:37

"Kurtlar vadisi"nin Karası yeni görünüşü ilə təəccübləndirdi - FOTO

27 İyun 2017 22:37

Məşhur İtaliya klubu satışa çıxarılıb

27 İyun 2017 22:29

Nyu-Yorkda metro qatarı relsdən çıxıb, 34 nəfər xəsarət alıb

27 İyun 2017 22:27

Neftçalada ağır qəza: 4 yaralı

27 İyun 2017 22:27

Həzmi asanlaşdırır, çəkini azaldır... - Kətan toxumunun 8 FAYDASI

27 İyun 2017 22:27

Feysbukun istifadəçilərinin sayı açıqlandı

27 İyun 2017 22:23

Ayaqlarında tez-tez qıcolmalar olanların diqqətinə

27 İyun 2017 22:22

Nyu-Yorkda metro qəzası: 34 yaralı - FOTO

27 İyun 2017 22:22

Bir neçə dəqiqəyə üzün dərisini necə cavanlaşdırmaq olar?

27 İyun 2017 22:17

“Akdağ” məhv edildi: Türkiyə ordusundan AĞIR ZƏRBƏ

27 İyun 2017 22:13

Uşaqların səhhətində kompüterin yaratdığı fəsadlar

27 İyun 2017 22:12

Neftçalada yol qəzasında ikisi qadın olmaqla 4 nəfər yaralanıb

27 İyun 2017 22:07

ABŞ-dan İrana gözlənilməz jest

27 İyun 2017 22:05

Azərbaycanlı bəylə gəlin toydan imtina etdilər - FOTO

27 İyun 2017 22:05

Prezident bir gündə 30 toy və 20 sünnət mərasiminə qatıldı

27 İyun 2017 21:59

“Bu layihə Rusiya ordusunun müdaxiləsinə təkan verəcək” – ŞOK PROQNOZ

27 İyun 2017 21:58

Toyxana, yoxsa sərnişin avtobusu? -

27 İyun 2017 21:58

Allah haradadır və Allah hər yerdədir demək olarmı?

27 İyun 2017 21:57