Ulu Öndərin bütün sahələrin inkişafına verdiyi töhfələr gələcəyə inamla baxmağa imkan verir

Ulu Öndərin bütün sahələrin inkişafına verdiyi töhfələr gələcəyə inamla baxmağa imkan verir
18:33 12 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məfkurəsi əsas prinsip olub. Bu məfkurə müstəqillik illərində daha da inkişaf edərək milli dövlətçiliyimizin sarsılmaz dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycanda hansı sahəyə üz tuturuqsa, orada Ümummilli Liderin təməlini qoyduğu möhtəşəm işlərin yadigarlarını görürük.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar İncəsənət Xadimi, heykəltəraş rəssam Vaqif Nəzirov deyib.
Sənətkar bildirib ki, Heydər Əliyev xalqımızın zəngin mənəvi dəyərlərinə, maddi mənəvi irsinə və incəsənətinə hər zaman qayğı ilə yanaşıb. Onun ölkəmizin bütün sahələrdəki inkişafına verdiyi töhfələr gələcəyə inamla baxmağa imkan verir. Bu böyük itkiyə görə hamımız kədərlənirik. Xalqımız öz böyük oğlunun xidmətlərini heç vaxt unutmayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_butun_sahelerin_inkisafina_verdiyi_tohfeler_geleceye_inamla_baxmaga_imkan_verir-910772

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR