Astaralılar Ulu Öndərin abidəsini ziyarət ediblər

Astaralılar Ulu Öndərin abidəsini ziyarət ediblər
18:33 12 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC 
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Astara rayonunun bütün yaşayış məntəqələrində, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda tədbirlər, mərasimlər keçirilib. Dekabrın 12-də Astara Pedaqoji Kollecində və rayonun bütün ümumtəhsil məktəblərində dərs məşğələlərinin ilk saatı ulu öndər Heydər Əliyevin anım gününə həsr edilib.
Ulu Öndər dəfələrlə Astaraya səfər edib, Azərbaycanımızın dilbər guşəsi haqqında, onun zəhmətsevər insanları barədə gözəl, səmimi və xoş sözlər söyləyib. Onun dediyi “Astara Azərbaycanın cənubunda dövlətçiliyin sütunlarından biridir, astaralılar bu sütunun etibarlı keşikçiləridir, dövlətçiliyə sədaqətlidirlər” sözləri hər bir astaralının qəlbində sonsuz qürur və fərəh hissləri yaradıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də rayonun rəhbər işçiləri, YAP rayon təşkilatının idarə heyətinin üzvləri, minlərlə astaralı şəhərin mərkəzi meydanına - Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsini ziyarət ediblər.
Ucu-bucağı görünməyən insan axını ömrünü xalqının xoşbəxtliyinə həsr etmiş böyük, dahi şəxsiyyətə göstərilən hədsiz məhəbbətin sübutu idi.
Sonra ziyarətçilər Heydər Əliyev Mərkəzinə gələrək, böyük rəhbərin büstünün önünə gül dəstələri düzüb, burada nümayiş etdirilən tarixi sənədlər və arxiv materiallarına, Ulu Öndərin ömür yolundan bəhs edən fotolara və video yazılara baxıb, xatirə kitabına ürək sözlərini yazıblar.
Anım günü rayonun yaşayış məntəqələrində Ulu Öndərin xatirəsinə ehsan verilib, ruhuna dualar oxunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astaralilar_Ulu_Onderin_abidesini_ziyaret_edibler-910773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR