Ulu Öndərin xatirəsi anılıb

18:38 12 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktoru Asif Usubəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on iki il keçməsinə baxmayaraq bu qeyri-adi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin hələ də bizi qələbələrə doğru apardığın bildirib.
Tədbirdə çıxış edənlər H.Əliyevin fenomenal siyasi bacarığı, böyük istedadı ilə hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müasir müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini söyləyiblər.
Sonda dahi siyasətçinin həyatının müxtəlif anlarını əbədiləşdirən videoçarx nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_xatiresi_anilib-910778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR