Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

""Qızıl top"u qazanmağım çətin olacaq"

""Qızıl top"u qazanmağım çətin olacaq"

Date: 12 December 2015 18:42

"Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldo 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatı haqda danışıb.

Milli.Az-ın qol.az-a istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu ESPN-ə açıqlamasında bu il "Qızıl top" mükafatını qazanmağının çətin olacağını bildirib:

"Əla mövsüm keçirdiyimi düşünürəm. Hazırda özüm də yaxşı formadayam. Ancaq eyni sözləri "Qızıl top"un digər namizədləri Lionel Messi Neymar haqda da söyləmək olar. Onlar ötən mövsüm Çempionlar Liqasının qalibi olublar. Ona görə də düşünürəm ki, bu il "Qızıl top" mükafatını qazanmağım çətin olacaq".

Qeyd edək ki, Ronaldo 2008, 2013 və 2014-cü illərdə "Qızıl top" mükafatını qazanıb.

Milli.Az


Tags:  Qızıl topu qazanmağım çətin olacaq

RƏYLƏR


Top news