Ulu Öndərə ümumxalq sevgisi tükənməzdir

18:43 12 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev dünya şöhrətli siyasi və dövlət xadimidir. O, zamanın ən ağır məqamlarında ölkəmizin müstəqilliyi naminə addımlar atıb, xalqının sevgisini qazanaraq böyük xilaskarlıq missiyasını yerinə yetirib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov bildirib.
S. Fərəcov vurğulayıb ki, ulu öndər Heydər Əliyevə ümumxalq sevgisi, məhəbbəti tükənməzdir. Xalqımız Ümummilli Liderin xatirəsini daim əziz tutur. Xoşbəxtik ki, müdrik rəhbər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın vətəndaşıyıq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Ondere_umumxalq_sevgisi_tukenmezdir-910786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR