Biz xalqımızın böyük oğlunun xidmətlərini heç vaxt unutmayacağıq

Biz xalqımızın böyük oğlunun xidmətlərini heç vaxt unutmayacağıq
18:43 12 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdrik siyasi xadim rəhbərlik edib. Bu sözlər dünyanın məşhur şəxslərinin dilindən dəfələrlə səslənib. Bu, bir həqiqətdir. Məhz bu dahi şəxsiyyətin yorulmaz səyləri nəticəsində Azərbaycan müstəqilliyə, inkişafa, tərəqqiyə nail olub. O, bütün həyatını ölkəsinin inkişafına, doğma xalqının rifahına sərf edən böyük lider idi.
Bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının gənc əməkdaşı Təmraz Əliyev AZƏRTAC-a müsahibəsində söyləyib.
T.Əliyev deyib ki, Heydər Əliyev hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Məhz bunun nəticəsində gənclər cəmiyyətimizin bütün sahələrində aparıcı qüvvəyə çevriliblər, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Biz Azərbaycan xalqının böyük oğlunun xidmətlərini heç vaxt unutmayacağıq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Biz_xalqimizin_boyuk_oglunun_xidmetlerini_hech_vaxt_unutmayacagiq-910787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR