Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyev daim gənclərə diqqət və qayğı göstərib

Date: 12 December 2015 18:43


Bakı, 12 dekabr, Flora Şükürova, AZƏRTAC
Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Bu inkişafın təməlini dahi rəhbər Heydər Əliyev qoyub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin əməkdaşı Xəyyam Xəyyamzadə deyib.
X.Xəyyamzadə vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri misilsizdir. Fəxr edirik ki, xalqımızın Heydər Əliyev kimi dahi oğlu var, onun nurlu ideyaları zaman-zaman yaşayacaq.
O bildirib ki, ümummilli lider Heydər Əliyev daim gənclərə diqqət və qayğı göstərib. Dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarının bəhrələrini görür və şübhəsiz, sabah da görəcəkdir.

Tags:  Heydər Əliyev daim gənclərə diqqət qayğı göstərib


RƏYLƏR


Top news