Rusiyada həmyerlimizin xatirə turniri keçiriləcək

Rusiyada həmyerlimizin xatirə turniri keçiriləcək
18:47 12 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Dekabrın 17-dən 20-dək Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş ənənəvi turnir keçiriləcək. 


Fanat.az xəbər verir ki, yarışda Rusiya, Fransa, Almaniya, Bolqarıstan, Ermənistan, Polşa, Ukrayna, Moldova, Litva, Belarus, İsveç, Çin Qazaxıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın 100-dən çox boksçusunun iştirakı gözlənilir. 


Turnir kişilərdə 10, qadınlarda isə 4 çəki dərəcəsi üzrə keçiriləcək. Xantı-Mansiyskdə Azərbaycan milli komandasının heyətində "Baku Fires" klubunun 2 üzvü də mübarizə aparacaq. 60 kq çəki dərəcəsində 2013-cü ilin yeniyetmələr arasında Avropa birinciliyinin qalibi Nəsrəddin Məmmədov çıxış edəcək. 69 kq çəki dərəcəsində isə "Böyük İpək Yolu" turnirinin bürünc mükafatçısı Yevgeni Romaşkeviç gücünü sınayacaq. 


Yarışın ümumi mükafat fondu 2 milyon 140 min rubldu. Turnirə fəxri qonaq qismində peşəkar boks üzrə eks dünya çempionu Ruslan Provodnikov dəvət olunub. Yarışda ölkəmizi hakim kimi Anar Nağdıyev təmsil edəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rusiyada-hmyerlimizin-xatir-turniri-kecirilck-t46093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR