Ulu Öndərin anım günü ümumxalq sevgisinin nümayişinə çevrilib

18:48 12 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Lənkəran, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatından 12 il ötsə də, onun əziz xatirəsi qəlblərdə daim yaşayır.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin anım günü - dekabrın 12-si ümumxalq sevgisinin nümayişinə çevrilib.
Səhər tezdən Heydər Əliyev Xatirə Parkına tər qərənfil dəstələri ilə gələn lənkəranlılar Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olub, böyük rəhbərin Lənkərana səfərləri ilə bağlı filmə baxıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onderin_anim_gunu_umumxalq_sevgisinin_numayisine_chevrilib-910791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR