Məişət zorakılığı və qadın hüquqları müzakirə olunub

Məişət zorakılığı və qadın hüquqları müzakirə olunub
18:48 12 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 12 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıt şəhərində “Məişət zorakılığı və qadın hüquqları” mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində “Qadın hüquqları” layihəsi əsasında reallaşıb.
AZƏRTAC xəbər verir ki, artıq layihə çərçivəsində Şəki, Şamaxı, Daşkəsən, Mingəçevir, Yevlax, Balakən rayonlarında qadınlar üçün “Məişət zorakılığı və qadın hüquqları” mövzuları üzrə seminarlar keçirilib. Layihənin yekunu olaraq Sumqayıt şəhərində iki günlük seminar təşkil olunub və ictimai-siyasi həyatda fəal iştirak edən 30 nəfər qadın qatılıb.
Seminarı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Lalə Hacıyeva açaraq, layihənin əhəmiyyətindən danışıb.
Ekspert, Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümovanın apardığı seminarda bildirilib ki, məqsəd qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının təmin olunmasıdır.
Seminarda “Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınmasına dair Qanunvericilik Toplusu” və “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Meiset_zorakiligi_ve_qadin_huquqlari_muzakire_olunub-910788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR