Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Hər dəfə nailiyyətlərimiz olanda Heydər Əliyevin dahiliyini bir daha görürəm"

"Hər dəfə nailiyyətlərimiz olanda Heydər Əliyevin dahiliyini bir daha görürəm"

Date: 12 December 2015 18:52

Ümummilli lider Heydər Əliyev hələ o zaman Azərbaycanın gələcəyinin və təhlükəsizliyinin təminatının ölkənin iqtisadi inkişafında, regionun infrastrukturunda həlledici rol oynamasında olduğunu dərk edib.

Bunu Trend-ə Milli Məclisin deputatı Aytən Mustafayeva deyib.

A.Mustafayeva bildirib ki, ulu öndər bir çox uğurlu iqtisadi layihələrə imza atmaqla ölkənin iqtisadi inkişafını yüksəltməyə nail olub:

"Heydər Əliyev Azərbaycan üçün çox çətin olan bir dövrdə yenidən hakimiyyətə gəldi. Dahi şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti ilə uzaqgörən siyasət yürütdü. O, "Əsrin müqaviləsi"ni imzalamaqla bu uğurlu yolu bizə və gələcək nəsillərə ötürdü. Hər dəfə nailiyyətlərimiz olanda onun dahiliyini bir daha görürəm".

Milli.Az


Tags:  Hər dəfə nailiyyətlərimiz olanda Heydər Əliyevin dahiliyini görürəm

RƏYLƏR


Top news