Şahzadə Trampın cavabını verdi (VİDEO)

Şahzadə Trampın cavabını verdi (VİDEO)
18:56 12 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının şahzadəsi amerikalı milyarder Donald Trampı tənqid edib.

ANS PRESS-in məlumatına görə, şahzadə Əl-Validi ibn Təlal ABŞ prezidentliyinə namizəd olan milyarderi tənqid edərək onu ABŞ və respublikaçılar partiyası üçün “üzqarası” adlandırıb.

Öz şəxsi Tvitter hesabında “Tramp prezidentlik uğrunda mübarizədən geri çəkilməlidir, onsuz da heç vaxt qalib gəlməyəcək” sözlərini də əlavə edib.

Bu yazı şəhzadənin hesabında Donald Trampın müsəlmanları təhqir etməsindən bir neçə gün sonra paylaşılıb.


Donald Tramp şahzadəyə cavabında onu axmaq adlandıraraq bunları yazıb: ”Axmaq şahzadə Əl-Valid Təlal Amerika siyasətini atasının pulları ilə idarə etmək istəyir. Mən prezident seçiləcəyim təqdirdə bunu edə bilməyəcək”.



Milyarder bir müddət əvvəl müsəlmanların ABŞ-a girişini qadağan edən təklif irəli sürərərk bunları bildirib: ”Bizim ölkəmiz cihada inanan və insan həyatına hörmət etməyən insanların qurbanı olmamalıdır”.

Müsəlmanlara qarşı təhqir dolu çıxışına görə, Ağ Ev respublikaçılara Trampı öz sıralarından çıxarmağı təklif edib.



Baş verən hadisələrin ardından Milyarderin başına uğursuz hadisə gəlib. Beləki, fotosesiya zamanı Trampa qartal hücüm edib . Müsəlmanların qəzəbinə tuş gələn milyarderin bu görüntüləri internetdə böyük maraqla qarşılanıb.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR