İtkin neftçilər Türkmənistanda da axtarılır

İtkin neftçilər Türkmənistanda da axtarılır
18:57 12 Dekabr 2015
153 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Azneft" İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.

Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-in 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri, 5 gəmisi axtarış aparır.

Eyni zamanda FHN-in Sularda Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR