Bakı, 12 dekabr, AZƏRTAC
“The Club Port Baku”da 12 və 14 yaşadək basketbolçular arasında “Samsung” kuboku yarışlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, 12 yaşadək basketbolçuların final oyununda Səbail Uşaq-Gənclər İdman Məktəbinin komandası “Təhsil” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivinə 54:13 hesabı ilə qalib gəlib.
Digər yaş qrupunda isə “Təhsil” RİOEUGİM-in yetirmələri “Makkabi”-Sabuncu Uşaq-Gənclər İdman Məktəbinin komandasından 74:35 hesabı ilə üstün olublar.
Qalib komandalar kubok, medal, Gənclər və İdman Nazirliyinin diplomları ilə mükafatlandırılıb.