Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır

19:08 12 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin vətənə sevgisi hər zaman birmənalı olub. Onun keçdiyi ömür yolu biz gənclərə örnəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 12-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyə gəlmiş gənc Xəqan Qədimov deyib.
X.Qədimov bildirib ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, böyük siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də xalqımızın xilaskarı olub. Bu gün Azərbaycanın yüksəldiyi ucalıq sübut edir ki, Ulu Öndərin fəaliyyəti nəticəsində xalqımız layiqli inkişaf və tərəqqi yolu keçib.
O, deyib: “Nə qədər ki, canımızda can var, hər il Ulu Öndərimizin məzarını ziyarət edəcəyik”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_tarixi_ve_taleyi_Heyder_Aliyevin_adi_ile_qirilmaz_tellerle_baglidir-910803

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR