Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib

Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib
19:08 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatın yeddinci turunda “Araz” komandası BDU-ya 62:53, NTD klubu AzTOP-a 68:62, “Sıçrayış” “Baku Oilers”ə 84:63, “Bakı” kollektivi isə “Dərviş”ə 79:61 hesabı ilə qalib gəlib.
Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.
Hesabında 13 xal olan NTD və “Bakı” komandaları turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. “Baku Oilers” isə 12 xalla üçüncü yerdədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Basketbol_uzre_23_cu_Azerbaycan_chempionatinin_yeddinci_turunun_oyunlari_kechirilib-910801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR