Heydər Əliyevin əziz və nurlu xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq

Heydər Əliyevin əziz və nurlu xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
19:08 12 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Zaqatala-Qax, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin vəfatının on ikinci ildönümü Zaqatala və Qax rayonlarında da dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Zaqatala rayonunun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, sadə zaqatalalılar səhər saatlarından başlayaraq axın-axın Ümummilli Liderin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin burada ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində keçirilən “Qəlbləri fəth etmiş dahi” mövzusunda konfransda çıxış edənlər zəngin və mənalı həyatını Vətənə, xalqa həsr edən Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən bəhs edib, onun əziz və nurlu xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Konfransın sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Ümummilli Liderin vəfatının ildönümü ilə əlaqədar həmin gün rayonun bütün yaşayış məntəqələrində anım tədbirləri keçirilib, məscidlərdə ruhuna dualar oxunub.
X X X
Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Qax şəhərində keçirilən ümumrayon anım tədbirinin iştirakçıları, əmək kollektivlərinin nümayəndələri əvvəlcə dahi rəhbərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən toplantıda çıxış edənlər Ümummilli Liderin zəngin həyat yolundan, Vətən və xalq qarşısındakı əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər. Bildirilib ki, müasir tariximizi Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Vətən təəssübü, xalq sevgisi Ulu Öndərin həyatının əsas qayəsi olub.
Vurğulanıb ki, Heydər Əliyev yüksək zirvə, müqəddəs amal, tükənməz həyat mənbəyidir. Nə qədər Azərbaycan var, ulu öndər Heydər Əliyev bir o qədər ürəklərdə yaşayacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyevin_eziz_ve_nurlu_xatiresi_xalqimizin_qelbinde_ebedi_yasayacaq-910802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR