Cəlilabad rayonunun Ətcələr kəndinə ilk dəfə təbii qaz verilib

Cəlilabad rayonunun Ətcələr kəndinə ilk dəfə təbii qaz verilib
19:18 12 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 12 dekabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq dekabrın 11-də Cəlilabad rayonunun Ətcələr kəndinə ilk dəfə təbii qaz verilib.
AZƏRTAC xəbər verir ki, 86 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 7696 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Kəndə “mavi yanacağın” verilməsi münasibətlə keçirilən mərasimdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Elçin Məmmədov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik ediblər.
Kənd sakinləri onların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına və sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabad_rayonunun_Atceler_kendine_ilk_defe_tebii_qaz_verilib-910808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR