Araz Abdullayev: "Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq"

“Neftçi” Topaz Premyer Liqasının XVI turu çərçivəsində qarşılaşacağı “Qəbələ” klubu ilə oyunun hazırlığını başa vurub. Məşqdən sonra futbolçular– KaueAraz Abdullayev Neftçi TV-yə açıqlama veriblər.

Kaue: “Oyun bizim üçün çətin olacaq. Çünki “Qəbələ” yaxşı komandadır, Avropa Liqasında çıxış edib. Rəqibin heyətində yaxşı futbolçular var, onlar da bizim kimi çempionatda iddialıdırlar. Rəqibə hörmət edirik. Bu qarşılaşmaya ciddi yanaşmalıyıq, çünki səfərdə oynayacağıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

Araz Abdullayev: “Bu həftə yaxşı hazırlıq keçmişik. Bilirik ki, “Qəbələ” Avroliqada oynamış komandadır, çox ciddi rəqibdir. Buna baxmayaraq, çalışacağıq ki, səfərdən yaxşı nəticə ilə dönək. Hər bir komanda istəyir qalib gəlsin, biz də istəyirik Qəbələdən 3 xal gətirək. Qoy güclü olan qalib gəlsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR