Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib

Basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib
19:22 12 Dekabr 2015
13 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman zalında kişilər arasında basketbol üzrə 23-cü Azərbaycan çempionatının yeddinci turunun oyunları keçirilib.
Çempionatın yeddinci turunda “Araz” komandası BDU-ya 62:53, NTD klubu AzTOP-a 68:62, “Sıçrayış” “Baku Oilers”ə 84:63, “Bakı” kollektivi isə “Dərviş”ə 79:61 hesabı ilə qalib gəlib.
Çempionat dairəvi üsulla iki dövrə üzrə keçirilir. İki dövrədən sonra 4 komanda mükafatlar uğrunda mübarizə aparacaq.
Hesabında 13 xal olan NTD və “Bakı” komandaları turnir cədvəlinin ilk iki pilləsində qərarlaşıblar. “Baku Oilers” isə 12 xalla üçüncü yerdədir.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/basketbol-uzre-23-cu-azerbaycan-cempionatinin-yeddinci-turunun-oyunlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR