Azərbaycan mədəniyyətinin qorunmasında və inkişafında Heydər Əliyevin rolu əvəzsizdir

Azərbaycan mədəniyyətinin qorunmasında və inkişafında Heydər Əliyevin rolu əvəzsizdir
19:43 12 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtması ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. O, Azərbaycan uğrunda canından keçməyə hazır idi.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi Faiq Nağıyev söyləyib. O deyib: “Ümummilli Lider müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi nəticəsində milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzularının həyata keçirilməsinə nail oldu. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Qərb və Şərq arasında etibarlı körpü rolunu oynamağa başladı, dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Heydər Əliyevin Azərbaycan mədəniyyətinin qorunub saxlanmasında və inkişafında da rolu əvəzsizdir. Ulu Öndərin böyük diqqət və qayğısı sayəsində sovet dövründə 10 azərbaycanlı mədəniyyət və incəsənət xadimi (Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza, Qara Qarayev, Fikrət Əmirov, Mirzə İbrahimov, Rəşid Behbudov, Mikayıl Useynov, Niyazi Tağızadə və Tahir Salahov) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_medeniyyetinin_qorunmasinda_ve_inkisafinda_Heyder_Aliyevin_rolu_evezsizdir-910821

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR