Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır

Qadınlar ilk dəfə olaraq seçkilərə qatılır
19:47 12 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Seçmək hüququ ilə yanaşı qadınlar seçilmək hüququndan da istifadə edə bilər.
Ölkə boyu təşkil olunan bələdiyyə seçkilərində namizəd olaraq qeydiyyatdan 978 qadın keçirilib. Kişi namizədlərin sayı 6 minə yaxındır.
Milli.Az BBC-yə istinadən bildirir ki, səsvermə məntəqələrinə təxminən 130 min qadın və 1,35 milyon kişinin gələcəyi gözlənilir.
1965-ci illə 2005-ci il arasında ölkədə seçkilər ümumiyyətlə keçirilməyib. Hazırkı seçkilər krallığın tarixində sayca üçüncü səsvermədir.
Səudiyyə Ərəbistanında qadınlar ictimai yerlərdə üzlərini aça bilmədiyi üçün, kişi namizədlərə də seçkiqabağı təşviqat kampaniyasında şəkillərini yaymaq qadağan edilib. 
Seçkilər məhdud səlahiyyətlərə malik olan bələdiyyələrə keçirilsə də, bu Səudiyyə üçün mühüm addımdır.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılan kimi Hatun əl-Fassi səs verməyə yollanıb.
Səudiyyəli alim və insan hüquqları müdafiəçisi məntəqəyə maşınla aparılıb. Çünki qadınlara hələ də avtomobil idarə etməyə icazə verilmir.
Hatun əl-Fassi yalnız qadınlar üçün, az qala boş olan seçki məntəqəsində səs verib. Sərt mühafizəkar cəmiyyətdə qadınlarla kişilər bir-birlərindən ayrı səs verirlər.


"Bu tarixi andır. Allah şükür olsun ki, bu mənə nəsib oldu", - üzündə təbəssüm olan xanım Əl-Fassi məntəqədən çixarkən deyib.
"Məni qadınların sayı və yaxud da onların qələbəsi narahat etmir. Mühüm olan bizim bu təcrübədən keçmək faktıdır".
Seçkilərdə qadınların iştirakı barədə qərar 2011-ci ildə mərhum Kral Abdullah tərəfindən qəbul olunmuşdu.
Yanvar ayında vəfat etməzdən əvvəl kral ölkənin aparıcı məşvərət şurasına 30 qadın təyin etmişdi.
Download Flash Player nowYou need to install Flash Player to play this content.
Səlma Əl-Rəşid Ər-Riyad bələdiyyə seçkilərində səsvermədə iştirak etmək üçün qeydiyyatdan keçən ilk qadın olub.
"Dəyişiklik mühümdür. Lakin seçkilər bizim təmsil olunmağımızı təmin etmək vasitəsidir", deyib seçici.
Seçkilərdə 2100 yüz bələdiyyə mandatının sahibi müəyyən edilməlidir. Daha 1050 deputatın təyinatı kral tərəfindən təsdiq olunacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR