Dolanışığın çətin olması Abşerona əhali axınını sürətləndirir

Dolanışığın çətin olması Abşerona əhali axınını sürətləndirir
19:52 12 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Arıqlamaq istəyənlərin nəzərinə - bunları edin (14 May 2017 19:42)

Ötən ay Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü elmi prioritetlərin müzakirəsinə həsr olunmuş geniş iclas keçirilmişdi. Tədbirdə çıxış edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkədə sıxlıq disbalansının yaranması barədə məlumat vermişdi. Akademik yığıncaqda qeyd etmişdi ki, Abşeron yarımadasında yüklənmə vəziyyəti mövcuddursa, yüksəkliklərdə yavaş-yavaş boşalma prosesi gedir. Yəni sadə formada desək, ölkə əhalisinin çoxu dolanışıq məqsədilə Abşeron yarımadasına axın edir. Buna səbəb kimi isə kənd və qəsəbələrdə yaşayış şəraitinin, dolanışığın çətin olmasıdır. Nəticədə şəhərlərdə sıxlıq yaranır. Bəs, görəsən, bunun qarşısını almaq üçün nə etmək lazımdır?

 "Ən çox azalma dağlıq və sərhədyanı bölgələrdə müşahidə olunur"

Mövzu ilə bağlı fikirlərini daha ətraflı öyrənmək üçün AMEA-nın Coğrafiya İnstitutunun Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Nizami Əyyubova müraciət etdik. Azərbaycanda rayonlarda və kəndlərdə əhali sayının azaldığını deyən N. Əyyubov əlavə etdi ki, ən çox azalma dağlıq və sərhədyanı bölgələrdə müşahidə olunur: "Son illər ərzində Abşeronda əhali sürətlə çoxalır. Çünki ölkənin dağlıq və sərhədyanı ərazilərində məskunlaşan əhali kütləvi şəkildə şəhərlərə axın edir. Nəticədə kəndlər boşalır və şəhərlərdə sıxlıq yaranır. Bunun əsas səbəbi isə həmin bölgələrdə dolanışıq vəziyyətinin çox çətin olmasıdır. Dağlıq zonalarda həyat şəraiti düzən yerlərlə, şəhərlərlə müqayisədə çox pisdir və get-gedə də pisləşir. Ən əsası da iş yerləri yoxdur. Kəndlər sürətlə boşalır. Xüsusən də sərhədyanı kəndlər. Bu kəndlər Ermənistanla sərhəd olduğuna görə vəziyyəti çox pisdir. Kənd əhalisi təsərrüfatla tam məşğul ola bilmir. Kəndlərdə əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olur. Ancaq bu kəndlərin sakinləri atəş altında olduqları üçün heyvan otara bilmir, su mənbələrinin çoxu Ermənistan ərazisində olduğu üçün əkin sahələrini lazımınca sulaya bilmirlər. Ermənilər suyu qəsdən kəsir, əhalini susuz qoyurlar".

 "Şəhərdə dolanacaq kəndlərdən daha yaxşıdır"

"O ki qaldı, Abşerondakı sıxlıq məsələsinə, buna səbəb bir çox iş yerlərinin, o cümlədən neft və neft sənayesi ilə bağlı müəssisələrin çoxunun Abşeronda, xüsusən də paytaxt ərazisində olmasıdır. Bundan əlavə, şəhərdə elektik enerjisinin verilməsi, istilik sistemləri, iş-güc, dolanacaq kəndlərdən daha yaxşıdır. Ancaq dağətəyi kəndlərdə elektrik enerjisinin verilməsi problemli məsələdir. Bütün bu problemlərin həlli üçün regionların inkişafına dair iki dövlət proqramı qəbul edilib. Üçüncüsü də, qəbul olunub, ancaq hələ tam tətbiq edilməyib. Bunlardan ikisi artıq yerinə yetirilib. Digəri isə, 2014-2018-ci illəri əhatə edəcək. Bu proqramların əsas məqsədi regionları sosial-iqtisadi inkişaf etdirməkdir. Proqram çərçivəsində dövlət çalışır ki, kəndlərdə şərait yaxşılaşsın və əhali köçmək məcburiyyətində qalmasın. Çünki Azərbaycan yalnız Abşerondan ibarət deyil. Regionların sosial-iqtisadi inkişafı ümumi respublikanın inkişafından daha yüksək templə getməlidir. Sovet dövründə kiçik və orta şəhərlər digər şəhərlərə nisbətən daha yaxşı inkişaf etdirilirdi. Orada əlavə müəssisələr yaradılır, yeni iş yerləri açılırdı. Əhali də işlə təmin olunduğu üçün Bakıya və ya başqa bir yerə getmək məcburiyyətində qalmırdı. Regionların sosial-inkişaf proqramının ikisi nəzərdə tutulan məqsədə nail ola bilmədi. Buna görə də Prezidentimiz üçüncü proqrama dair fərman verdi. Biz Coğrafiya İnstitutu olaraq, bu məsələ ilə bağlı hesabatlar aparırıq. Bu haqda regionlarla bağlı işlədiyimiz kitablarda qeyd edirik. Son 10 ildə hansı kəndlərin əhalisi nə qədər azalıb, hansında çoxalıb, bunların hamısını araşdırırıq. Bütün bunlarla bağlı elmi hesabatlar aparırıq",-deyə N. Əyyubov bildirdi.

 "Kənd əhalisinin şəhərlərə köçü 1990-cı ilin əvvəllərindən başlayıb"

Azərbaycanda urbanizasiyanın çox sürətlə getdiyini deyən iqtisadçı Nazim Məmmədov isə sualımıza cavabında bildirdi ki, ölkəmizdə kənd əhalisinin şəhərlərə köçü 1990-cı ilin əvvəllərindən başlayıb və hələ də davam etməkdədir: "Əhalinin kəndlərdən şəhərlərə köçünün müxtəlif səbəbləri var. Bunlardan biri, Ermənistanın təcavüzü ilə bağlı vətəndaşlarımızın məcburi köçkün qismində Bakıya üz tutmasıdır. Ermənistanla 300 kilometr sərhəddə yerləşən Gədəbəy və Tovuz bölgələrində qeydiyyatda olan əhalinin təqribən yarısından çoxu - 70%-i Bakıya, Sumqayıta və digər şəhərlərə köç ediblər. İkinci və ən əsas səbəb isə kəndlərdə kommunal xidmətlərin çox aşağı səviyyədə olmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan qonşu ölkələrə təbii qaz verir. Ancaq Azərbaycanın əksər rayonlarının təbii qazla təchiz olunması aşağı səviyyədədir. Yəni bu o deməkdir ki, odun, yanacaq, təbii qaz olmadığına, ekoloji tarazlıq pozulduğuna görə insanlar ancaq mövsümi olaraq kəndlərdə yaşayırlar. Bundan əlavə, bir çox kəndlərin yolları da pis vəziyyətdədir, gənclərin işlə təmin olunması aşağı səviyyədədir. Etiraf etmək lazımdır ki, dövlətimiz son illər ərzində regionların sosial-iqtisadi inkişafı dövlət proqramı səviyyəsində müəyyən işlər görməyə cəhd edib. Sahibkarlara dəstək institutları yaradılıb. Ancaq mənim fikrimcə, Sahibkarlığa Kömək Milli Fondu və bir neçə qurum bu sahəyə maliyyə yardımını görüntü xatirinə edirlər. Həmin işlərin nəticəsi göz qabağındadır. Kənd təsərrüfatına ayrılan xüsusi aqrar maşın-mexanizmlərin qiymətlərinin şişirdilməsi dəfələrlə Maliyyə Nazirliyi tərəfindən sübut olunub. Sadaladığımız bu problemlər kompleks şəkildə urbanizasiyanı sürətləndirir. Mən hesab edirəm ki, bu sahədə hökumət daha ciddi addımlar atmalıdır. Sərhədboyu kəndləri qazla təmin etməlidir. Baxmayaraq ki, Gədəbəyin Şınıx bölgəsində 2010-cu ildə magistral qaz xətti çəkilib, iki kəndə qaz verildikdən sonra 26, 27 kəndə qaz verilməyib".

 "Kəndlilərə torpaqların əkilib-becərilməsi üçün maliyyə yardımı verilməlidir"

Nazim Məmmədov hesab edir ki, urbanizasiyanın qarşısını almaq üçün iqtisadi islahatlar keçirilməlidir: "Məlumdur ki, pay torpaqlarının əkilib-becərilməsi üçün kəndlilərin uzunmüddətli vəsaitə, yəni kreditə ehtiyac var. Ancaq onların girovları olmadığına görə bankların çoxu kredit vermir. Buna görə də düşünürəm ki, bu sahəyə maliyyə yardımı verilməlidir. Əkilən torpaq sahələrinə, hər hektar başına düşən subsidiyalar, həmçinin yanacaq və sürtgü yağlarının, gübrələrin ucuz qiymətə olması kəndlilərin işini asanlaşdıra bilər. Eyni zamanda sərhəd bölgələrində və miqrasiyanın çox olduğu bölgələrdə kommunal xidmətlərin qiymətlərinin aşağı salınması istiqamətində addımlar atılmalı, bu sahədə kompleks tədbirlər həyata keçirilməli, ərazilərin iqtisadi idarəetmə prinsipi dəyişdirilməli və maliyyə mexanizmlərinin regionlara çatdırılması sadələşdirilməlidir".
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda daha bir məmur vəzifədən getdi - FOTO

24 May 2017 13:57

"Avtobusa minəndə qorxuram"

24 May 2017 13:57

Avropa İttifaqı efirə çıxır

24 May 2017 13:55

Azərbaycan prezidenti Macarıstana səfər edəcək

24 May 2017 13:54

Baş həkim kabinetində güllələndi - SON DƏQİQƏ

24 May 2017 13:53

Türk qazi xüsusi təyinatlı: "Türk adı çəkilən hər yer Vətəndir, Qarabağda döyüşərəm" - FOTO

24 May 2017 13:52

İyunun əvvəlində Monteneqro rəsmi olaraq NATO-ya daxil olacaq

24 May 2017 13:52

"Lotu Yusif"ə HÖKM OXUNDU

24 May 2017 13:52

Terrorçular kilsəyə hücum etdi

24 May 2017 13:52

Gələn aydan NATO-ya yeni dövlət daxil olur

24 May 2017 13:50

Türkiyə təyyarəsində qorxunc hadisə: tualetdən çıxıb sərnişinlərə hücum etdi - VİDEO

24 May 2017 13:47

"Dünya çempionatına qədər Azərbaycan haqda təsəvvürüm belə yox idi"

24 May 2017 13:47

Mərhum yazıçı Mövlud Mövludun kitabının təqdimatı keçiriləcək

24 May 2017 13:47

"ABŞ Ermənistana təzyiq göstərməlidir"

24 May 2017 13:47

Dərs ilinin müddəti yenidən artırılır? - Nazirlikdən yeni TƏKLİF

24 May 2017 13:44

İştirakçıların verilişdən qovulmaqlarına səbəb olan VİDEO yayıldı

24 May 2017 13:42

"Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi olub

24 May 2017 13:42

İdrardakı bu qoxular təhlükəli xəstəlikdən xəbər verir

24 May 2017 13:39

Sarkisyanın gizli Qarabağ HƏDƏFİ ORTAYA ÇIXDI – Düşmənin sonu olacaq TOQQUŞMA

24 May 2017 13:38

Almanlar ingilis şahzadəsinə qarşı

24 May 2017 13:38

Kann festivalına qatılan model biabır oldu - FOTO

24 May 2017 13:37

Tanınmış müğənni filmə çəkildi - FOTO

24 May 2017 13:37

Milyarder-videobloqqer müxalifət liderinə qarşı: "Tfu sənə, bir daha..." - VİDEO - FOTO

24 May 2017 13:37

Almaniya millisində itki

24 May 2017 13:37

"Qəbələ" "Trabzonspor"un futbolçusunu transfer edir

24 May 2017 13:37

Lahmacunu bir də toyuqla bişirin...

24 May 2017 13:37

Eks-prezidentlərin ailələrinə bir ildə 284 min manat xərclənib - RƏSMİ

24 May 2017 13:34

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

24 May 2017 13:32

Türkiyə Rusiyadan taxıl idxalını çətinləşdirir

24 May 2017 13:32

Gözdən əlillər etiraz edir: “Sədr əmlakımızı satır, bizə ancaq vəd verir...” – QARŞILIQLI İTTİHAMLAR

24 May 2017 13:29

Azərbaycanda yanacaq daşıyan avtomobildə külli miqdarda siqaret aşkar edilib

24 May 2017 13:27

Donald Tramp Roma Papası Fransisklə görüşüb

24 May 2017 13:27

Azərbaycan-Türkiyə-Gürcüstan silahlanır

24 May 2017 13:25

Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır - FOTOLAR

24 May 2017 13:23

"Richmond Times-Dispatch": ABŞ Ermənistana təzyiq göstərməlidir

24 May 2017 13:22

Aeroport yolunda 250 manatlıq tələ qurulub - VİDEO

24 May 2017 13:22

"Quran kursları qeydiyyata alınmalıdır" - Komitə sədri

24 May 2017 13:19

“İlham Əliyev İslam ölkələrinin həmrəyliyi üçün böyük iş gördü” - Ağacan Əbiyev

24 May 2017 13:18

Bütün turistlərin görmək istədikləri ABİDƏ - FOTOLAR

24 May 2017 13:18

Müğənni milyarderin gecəsinə qatıldı - FOTO

24 May 2017 13:17

Britaniyada yeni terror təhlükəsi

24 May 2017 13:16

"Rabitə işi" təxirə salındı

24 May 2017 13:15

Fransada fövqəladə vəziyyət rejimi uzadıla bilər

24 May 2017 13:15

"Dindar məclisdə falçılıqdan danışırsa ..."

24 May 2017 13:14

18 yaşlı qız ev almaq üçün bəkarətini satır - 100 min avro qiymət qoydular - FOTO

24 May 2017 13:12

Qubada üç uşaq atasını öldürən şəxsə hökm oxunub

24 May 2017 13:12

Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib

24 May 2017 13:09

Quran kursları ilə bağlı RƏSMİ xəbərdarlıq

24 May 2017 13:08

Dünyanın ən bahalı südü - 700 AZN

24 May 2017 13:08

Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti Rusiya Federal Məclisinə müraciət edib

24 May 2017 13:08