İran seçkisi 2016: “Like” müharibəsi

İran seçkisi 2016: “Like” müharibəsi
19:57 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

İran Məclisinə və rəhbər Üləmalar Şurasına seçkilərə üç aydan da az bir vaxt qalmış, bir sıra potensial namizədlər və onların tərəfdərları artıq sosial media meydanına çıxıblar.
Bu fəallıq o qədər artıb ki, qəzetlərdən biri hazırkı sosial media mühitini "like"lar müharibəsi adlandırıb.
Milli.Az BBC-yə istinadən bildirir ki, ABŞ-da mənzillənmiş Freedom House təşkilatının hesabatında İran internet azadlığına görə yalnız Çin və Suriyadan irəlidədir.
Lakin bu çətinliklərə, habelə internet saytlarının vaxtaşırı bloklanmasına və süzgəclənməsinə, Facebook və Twitter-ə hökumət qadağanına baxmayaraq sosial media platforması siyasi narazılığın ifadəsi üçün ən yaxşı meydan olaraq qalır.
Həm mühafizəkarlar, həm də islahatpərəstlər Facebook, Instagram, Twitter və getdikcə daha çox Telegram-da xeyli fəaldırlar.
Bu platformalar İranda smartfonların sürətlə yayılması ilə daha da populyarlaşır. İnternet və texnologiyalar naziri Mahmud Vaezinin məlumatına görə, 2015-ci ilin iyununadək İranda istifadə olunan 71 milyon mobil telefonların 28 milyonu smartfonlar olub.
Nazir əlavə edib ki, 11 milyon insanın öz smartfonlarından mobil internetə çıxışı var. Nəzərə alaq ki, İranın əhalisi 78 milyondur.

Ənənəvi mediaya alternativ

Bir çox millət vəkilləri dövlət televizyalarına və mətbu orqanlarına çıxışın çətin olmasını vurğulayırlar. Hətta mühafizəkarlar da şikayət edirlər ki, ölkə mətbuatı və telekanalları öz səhifə və studiyalarına yalnız bir ovuc siyasətçini dəvət edirlər.
Bir başqaları isə inanırlar ki, sosial media adamların seçki məntəqələrinə cəlb olunması üçün səmərəli vasitə ola bilər.

Böyük İnstagram oyunçuları

Ümumlikdə islahatyönlü və mötədil fiqurların səhifə və postları, mühafizəkarlarınkından daha çox davamçı və "like" toplayır.
Bundan başqa demək olar, bütün siyasi fiqurların müntəzəm olaraq təzələnən Telegram kanalları var.
İslahatpərəst fiqur və Ayətullah Xomeyninin nəvəsi Həsən Xomeyninin Instagram səhifəsinin 176 min davamçısı var. Bəzi xəbərlərə görə o, namizədliyini Üləmalar Şurasına vermək istəyir.
Həm islahatpərəstlərə, həm də mühafizəkarlara yaxın olan veteran siyasətçi Ayətullah Əkbər Haşemi-Rəfsəncani İnstagram-da 220 min davamçıya malikdir. (instagram.com/hashemirafsanjani_ir/).
Keçmiş vitse-prezident və aparıcı islahatpərəst siyasətçi Məhəmmədrza Aref sosial media platformalarında çox fəaldır. Onun İnstagram davamçılarının sayı 74 mindir (instagram.com/aref_ir/).
Məclisin nüfuzlu mühafizəkar spikeri Əli Laricaninin 22 min davamçısı var (instagram.com/larijani_ir/).
Sərt xətt tərəfdarlarından olan keçmiş nüvə danışqıçısı Səid Cəlili İnstagram-da 65 min davamçı toplayıb (instagram.com/dr_saeedjalili/).
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/389777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR