Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyevin xatirəsi Batumidə yad edilib

Ulu öndər Heydər Əliyevin xatirəsi Batumidə yad edilib

Date: 12 December 2015 20:08


Batumi, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Batumi şəhərindəki baş konsulluğu xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş konsul Rəşad İsmayılov Heydər Əliyev şəxsiyyətinin miqyasını və nadirliyini, Azərbaycanın inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında Ulu Öndərin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyev ölkəmizin parçalanmasının qarşısını aldı və xalqımızın birliyini dünyaya nümayiş etdirdi.
Baş konsul Ümummilli Liderin cismən aramızda olmadığı son 12 ildə onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını diqqətə çatdırıb.
Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, muxtar respublikanın təhsil, mədəniyyət və idman naziri Qiya Tavamaishvili, Türkiyənin baş konsulu Yasin Temizkan, İranın baş konsulu Hossein Maşhadi, “Acara TV”nin baş redaktoru Soso Sturua, Batumi Dövlət Universitetinin prorektoru, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze çıxış edərək əfsanəvi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi və film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi



Tags:  Ulu öndər Heydər Əliyevin xatirəsi Batumidə yad edilib


RƏYLƏR


Top news