Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeni tüninqdə BMW X6 - FOTO

Yeni tüninqdə BMW X6 - FOTO

Date: 12 December 2015 20:12

"AC Schnitzer"-dən alman ustalarının bacarıqlı əlləri məşhur "BMW X6"-ya da çatdı. Onlar "X6"-nın müxtəlif versiyaları üçün təkmilləşdirmə dəstləri hazırlayıblar. Benzin mühərrikli modellər üçün "35i" və "50i", o cümlədən dizel mühərrikli modellər üçün "30d" və "40d" adlı adlı tüninq-şəbəkələri təkcə xarakteristikalarına görə deyil, həm də xarici modifikasiyaları ilə fərqlənirlər. Bundan başqa, "AC Schnitzer"-in təkliflərinə səs modulları olan müxtəlif səsboğucular daxildir.

Milli.Az auto.az-a istinadən bildirir ki, "35i" paketinə 302-dən 355 a.g.-ə qədər, "50i"-a 444-518 a.g.-ə qədər mühərriklər daxildir. "X6M"-dəki dəst isə avtomobilin gücünü 567 a.g.-dən 641 a.g.-ə qədər artırır. Yuxarıda qeyd edildiyi kimi, "AC Schnitzer" modifikasiyası, həmçinin "BMW"-nin dizel versiyaları üçün də əlyetərlidir: "30d" modelinin gücü 254-dən 355 a.g.-ə qədər artır. "40d" isə 308 a.g.-ə 47 a.g. əlavə olunması ilə lovğalana bilər. "AC Schnitzer"-in yeni yürüş səsboğucuları isə xüsusi diqqətə layiqdir.

"AC Schnitzer"-in dizayn dəstinə ona yaxın yeni element daxildir. Buna yeni qabaq və arxa qanadlar, enli təkər arkaları, kapotda ventilyasiya çıxışları və s. detallar daxildir. Ümumi görünüşü isə 22-düymlük klassik milləri olan yeni AC1 diskləri, yenidən tənzimlənmiş asma, avtomobili qabaqdan 15 mm, arxadan isə 20 mm aşağı salan klirens tamamlayır.

Milli.Az






Tags:  Yeni tüninqdə BMW X6 FOTO

RƏYLƏR


Top news