Ulu Öndər gənclərə daim diqqət və qayğı göstərib

20:13 12 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin zəngin irsi gənclərə örnəkdir və biz bu irsi dərindən öyrənməliyik.
Bu sözləri Ümummilli Liderin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana gələn fəal gənc Elgün Sultanov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, bu gün Azərbaycan gəncliyi Ulu Öndərin əsasını qoyduğu və dövlətimizin başçısı İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin bəhrələrini hiss edir. Bu da gənclərimizi daha böyük uğurlar qazanmağa ruhlandırır. Bu gün dünyanın hər yerində Ulu Öndərimizə böyük məhəbbət var. Bu böyük şəxsiyyətin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ulu_Onder_genclere_daim_diqqet_ve_qaygi_gosterib-910829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR