Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Niyə lalə rəsminə tez-tez rast gəlirik?

Niyə lalə rəsminə tez-tez rast gəlirik?

Date: 12 December 2015 20:17

Milli.Az islam.az-a istinadən bildirir ki, təhzib sənəti xəttalıqla sıx bağlı olan sənət növüdür. Mənası "bəzəmək, bəzək vurmaq" olan təhzib sənəti əsasən xəttatlıq yazılarının ətrafında gözəl çərçivə və naxışlar çəkərkən, eləcə də miniatür kitablarına bəzək vurarkən istifadə edilir. Bu sənətin də müəyyən kodları və şifrələri vardır. Lalə - Allahın simvolu sayılır. Bunun da səbəbi əbcəd hesabı ilə bağlıdır. Belə ki, hər bir hərfin öz rəqəm qarşılığı vardır. Ərəb əlifbası ilə "Allah" və "lalə" sözləri eyni hərflərlə yazılır, sadəcə hərflərin yeri dəyişir. Hər iki sözdə bir "əlif", iki "lam" və bir "he" var. Ona görə də qədim miniatürçülər və xəttatlar lalə rəsmi çəkməklə əslində Allah-təalanın adına işarə vururdular. Yeri gəlmişkən, "hilal" sözü də bu qaydaya tabedir və təhzib əsərlərindəki hilal (Ay) rəsmləri də Allaha işarədir.

Milli.Az


Tags:  Niyə lalə rəsminə tez-tez rast gəlirik


RƏYLƏR


Top news