Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfirliyə hücum: 6 ölü, yaralılar var

Səfirliyə hücum: 6 ölü, yaralılar var

Date: 12 December 2015 20:17

İspaniya hökumətinin bildirdiyinə görə, Kabilin diplomatik ərazisində hücum ikisi ispan polisi olmaqla, altı nəfərin ölümü ilə nəticələnib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, İspaniyaya qarşı hücumun məsuliyyətini Taliban üzərinə götürüb. Maşına yerləşdirilmiş bomba partlayışı atışma ilə müşayiət edilib. Dünəndən başlayan qarşıdurma təhlükəsizlik qüvvələri tərəfindən bütün hücumçuların öldürülməsinədək davam edib.

İspaniya səfirliyi yaxınlığında baş verən hücum dörd əfqan polisinin ölümünə səbəb olub. Bir neçə adam xəsarət alıb.

Talibanın sözçüsü Zabihullah Mucahid Amerikanın Səsinə bildirib ki, hücumun hədəfi hərbi əməliyyatlar və kəşfiyyat məlumatlarının bölüşdürüldüyü qonaq evi olub.

Şahidlər üç nəfərin hücumu həyata keçirdiyini bildirir.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi zorakılıqlara baxmayaraq, Amerikanın Əfqanıstanda bütün tərəflər arasında barışıq əldə edilməsi üçün səylərini davam etdirəcəyini bildirib.
Milli.Az


Tags:  Səfirliyə hücum ölü yaralılar var


RƏYLƏR


Top news