"Vilyarreal" "Real"ın futbolçusunu icarəyə götürmək istəyir

"Vilyarreal" yenidən "Real"ın yarımmüdafiəçisi Denis Çerışevin xidmətində maraqlıdı.

Metbuat.az "Marca"ya istinadən xəbər verir ki, "sarı sualtı qayıq" qışda rus futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir. Çerışev özü də iş yerini dəyişməyin əleyhinə deyil. O, keçən mövsümü də icarə əsasında "El Madriqal"da keçirmişdi.

Xatırladaq ki, yayda Rafael Benites Çerışevin transferinə mane olmuşdu.

Bir neçə gün öncə "Real" "Kadis"lə görüşdə cəzalı olmasına baxmayaraq, Çerışevi meydana buraxmış və bu səbəbdən kral klubu İspaniya Kral Kubokundan uzaqlaşdırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR