Xatirələr dilə gəlir...

Xatirələr dilə gəlir...
20:28 12 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 12 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Ulu öndər Heydər Əliyev mənim üçün xalqımızın ən gözəl keyfiyyətlərini özündə cəmləşdirən dahi şəxsiyyət, təkrarsız insan, böyük düha sahibidir. Azərbaycana rəhbərliyinin hər iki dövründə onunla şəxsən görüşmək şərəfinə nail olduğum üçün özümü xoşbəxt sanıram.
Bu sözləri “Şəki-İpək” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Sevil İsmayılova AZƏRTAC-a müsahibəsində deyib.
Uzun illər partiya işində, rəhbər vəzifələrdə çalışan S.İsmayılova Ulu Öndərlə görüşlərini belə xatırlayır: “Mərkəzi Komitədə keçirilən müşavirələrdən birində rayonlarda xüsusi əhəmiyyətə malik olan obyektlərdə aparılan tikinti işlərinin gedişi müzakirə olunurdu. İclas zalının bir küncündə əyləşmişdim. Heydər Əliyev zala daxil oldu, hamımızla salamlaşdı. Küncdə sıxıldığımı görüb məni qarşısındakı stula dəvət etdi, Şəkidə aparılan tikinti işlərinin gedişi ilə maraqlandı. Vəziyyəti izah etdim. Aidiyyəti nazirlərə müvafiq tapşırıqlarını verdi. Edilən köməklik sayəsində obyektlərimizin tikintisi qısa zamanda tamamlanaraq təhvil verildi”.
Sevil İsmayılova 1998-ci ilin sentyabrında Azərbaycan Qadınlarının I Qurultayında yenidən Heydər Əliyevlə görüşməyə müvəffəq olur. Ulu Öndər onu tanıyır, hal-əhval tutur. Sonra onunla və digər iştirakçılarla birgə xatirə şəkli çəkdirir.
Heydər Əliyevin Şəkiyə iki dəfə səfər etdiyini xatırladan S.İsmayılova, bu səfərlərin şəkililərin yaddaşında xoş xatirə kimi qaldığını vurğulayıb. O deyib: “Sevindirici haldır ki, müstəqil Azərbaycanın memarı və qurucusu olan bu dahi şəxsiyyətin siyasi xətti, ideya və arzuları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan Respublikası dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutub. Heydər Əliyevin siyasi xətti ölkəmizi bundan sonra da firavan gələcəyə doğru aparacaq”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xatireler_dile_gelir-910833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR