Ağcabədidə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

Ağcabədidə Ulu Öndərin xatirəsi ehtiramla yad edilib
20:33 12 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 12 dekabr, AZƏRTAC
Xalqımızın Ümummilli Lideri, böyük siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Ağcabədi rayonunda da dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayaraq minlərlə ağcabədili dahi şəxsiyyətin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Anım mərasimində rayon rəhbərliyi, YAP rayon təşkilatının fəalları, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, “Şəxsiyyət” sənədli filminə tamaşa ediblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedide_Ulu_Onderin_xatiresi_ehtiramla_yad_edilib-910834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR