Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

Date: 12 December 2015 20:37

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənubundaki Koaçella şəhərində məscid yanıb.
"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, yanğın cümə namazından öncə baş verib. Xəsarət alan olmayıb.
Rəsmilər yanğının qəsdən törədildiyindən şübhələnir.
Təhqiqatda Federal Təhqidat, habelə alkoqol, tütün, odlu silhalar və partlayıcılarla mübarizə büroları iştirak edir.
Qeyd edək ki, hadisə yerindən 125 km uzaqlıqda yerləşən San Bernardinoda radikal islamçı cütlük 14 nəfərin ölümünə yol açan hücum həyata keçirmişdi.

Tags:  Kaliforniyada məscidin qəsdən yandırıldığından şübhələnilir

RƏYLƏR


Top news