Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Heydər Əliyevin xatirəsi Batumidə də anıldı

Heydər Əliyevin xatirəsi Batumidə də anıldı

Date: 12 December 2015 20:45

Dekabrın 12-də Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu Heydər Əliyevin xatirə gününə həsr edilmiş tədbir keçirilib.

 

Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Azərbaycanın Batumi şəhərindəki baş konsulu Rəşad İsmayılov tədbiri açaraq Heydər Əliyevin Azərbaycanın təşəkkülünə və inkişafına verdiyi böyük töhfəni, dünya miqyasında Heydər Əliyevin nüfuzunu, ölkənin milli mənafelərinin qorunmasında məqsədyönlü mövqeyini, yüksək insani keyfiyyətlərini qeyd edib: “Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri çox böyükdür. Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonra xalqın tələbi ilə hakimiyyətə gəlmiş Heydər Əliyev Azərbaycanın parçalanmasının qarşısını alıb və ölkəmizin birliyini  dünyaya nümayiş etdirib”.

 

Baş konsul Rəşad İsmayılov həmçinin ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyinin daha da gücləndiyini, xalqımızın inanılmaz tərəqqiyə şahid olduğunu və Azərbaycanın malik olduğu geosiyasi qüdrətin real gücə arxalandığını qeyd edib.

 

Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Türkiyə Respublikasının Baş Konsulu Yasin Temizkan, İran İslam Respublikasının Baş Konsulu Hossein Maşhadi, “AcaraTV”nin baş redaktoru Soso Sturua, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, Batumi Dövlət Universitetinin prorektoru və “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

 

Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze cıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.

 

Tədbirdə Heydər Əliyevin ömür yolundan bəhs edən fotosərgi və film  nümayiş etdirilib.










Tags:  Heydər Əliyevin xatirəsi Batumidə anıldı

RƏYLƏR


Top news