İnsan həddini bilməyəndə

İnsan həddini bilməyəndə
20:48 12 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Həddini bilmək əxlaqın təməl prinsiplərindəndir. Həddini bilməyən azğın olur. Quranın insana verdiyi ən mühüm təlimatlardan, tapşırıqlardan biri hər kəsin öz həddini bilməsidir. İnsan həddini bilməyəndə, el arasında deyildiyi kimi, cızığından çıxanda başqalarının sərhədini tapdalayır.

Bir gün səhabələrdən biri dünyasını dəyişir və Rəsulullah (s.ə.s.) onun dəfn mərasiminə gedir. Rəsulullahın gəldiyini görən bir xanım ölünün ardınca uca səslə belə qışqırır:

- Ey filankəs, sən cənnətliksən, sənin dəfninə Allahın Peyğəmbəri gəlib.

Hz. Məhəmməd (s.ə.s.) həmin qadının dediyi sözləri eşidir və bərk hirslənir:

- Ey qadın, sən həddini aşdın. Mən Allahın Peyğəmbəri olduğum halda, sabah başıma nələr gələcəyini bilmirəm, amma sən bu mərhumun cənnətlik olduğunu söyləyirsən. Həddini bilsənə!

Həmin hadisədən sonra Mədinədə səhabələr həmin qadına salam vermədilər, onunla danışmadılar və hətta bəziləri onu "dəccal" adlandırdı.

***

Dəyərli oxucular!

Bu gün kimlərsə o qadının dediklərində qəbahət görməyə bilərlər, çünki eyni xəta, cəmiyyətimizdə çox geniş yayılıb. Amma Allahın Peyğəmbəri o deyilənlərin nə qədər böyük xəta günah olduğunu hər birimizdən daha yaxşı bilir və dəfn mərasimi olsa belə o qadına layiq olan cavabı verdi. Unutmayaq ki, Cənnət də, Cəhənnəm də Allah-Təalanın mülküdür. Bu dünyada cənnətlik kimi görünən elə adamlar var ki, ölüb gedəcəyi yer Cəhənnəmdir. Elə adamlar da var ki, zahirən pis adam kimi görünür, amma Allah onu Cənnətlə mükafatlandırır. Kimsə Allahın ədalətinə şübhə edə bilməz. Amma bir şey var ki, qəlblər Allaha baxar, Allah insanlara niyyətlərinə görə dəyər verər.

***

Həddini aşan insan başqa insanların da haqqını tapdaya bilər, hər cür xətadan, günahdan Allaha sığınıram, Allahın sərhədini də. Əslində insan öz cızığından çıxdığı andan haram içindədir. Mədinədə bir mərhumun ardınca "Sən cənnətliksən" deyən qadın əslində Allahın sərhədlərini tapdamışdı. Niyə?- çünki kimin Cənnətə, kimin də cəhənnəmə gedəcəyi Allahın biləcəyi işdir.

Elə düşünürəm ki, bu gün bu mövzuda bizim bir çoxumuzun vəziyyəti heç də o qadının vəziyyətindən yaxşı deyil. Yəni o xətaları bizlər də tez-tez olmasa belə ara-sıra işləyirik.

Amma bir məsələ də var ki, insan xətasını anlayıb tövbə etdikdən, əfv dilədikdən sonra Allah-Təala o bəndəsinin günahlarını bağışlayar. Bunu biz söyləmirik, Allah-Təala özü buyurur. Amma yetər ki, insan oğlu tövbəsində, duasında, xətasını etiraf etməkdə, ixlaslı, yəni səmimi olsun.

***

Dərd nədir bilirsinizmi?- Təkcə dilimiz deyil ki, düşüncələrim bulanıb, hər şey bir-birinə qarışıb. Bəzən insanımız ağzından çıxardığı sözün nə anlama gəldiyini belə düşünmür, ya da düşünmək istəmir. "Dünya beş gündür, beşi də qara", "atın ölümü arpadan olsun", "gözələ baxmaq savabdır", "bacarana baş qurban", "fala inanma, falsız da qalma"... kimi mənəviyyatdan uzaq, insanı doğru-düzgün düşüncədən yayındıran, hələ tam formalaşmamış dünyagörüşünü zəhərləyən sözlər mötəbər mənbə sayılırsa, atalar sözü kimi sırınırsa, əlbəttə, gənc nəslin həyata baxışında ciddi problemlər özünü göstərməlidir. Artıq düşüncələr kirlənib, təsəvvürlər bulanıb, gözlər çox şeyi bulanıq görür.

Həddini bilməyən insan, əlbəttə, ağzına gələni danışacaq. Eləsi var, ağzından çıxardığının xəta olduğunu belə qəbul eləmək istəmir. Çünki təkəbbür var, inad var, üzr istəsə, səhvini etiraf eləsə, elə bilər ki, xətir-hörmətdən düşər.

Ax, bu şeytan inadı!

***

Bizim Allah-Təala (c.c.) haqqında təsəvvürlərimizin nə qədər qarışıq və xətalı olması müxtəlif deyimlərimizdə, atalar sözü adı ilə kimlərinsə uydurduğu zərərli ifadələrdə açıq-aydın görünür.

Allahı idrak etməyin istiqaməti, bu dünyada insanın Allahı idrak edə bilməyəcəyini idrak etməsi ilə sabitdir. Amma Qurani-Kərimdə Allah-Təala Özünü bizə tanıdır, yəni o İlahi kitabda verilmiş Gözəl Adlar (Əsma ül-Hüsna) insana çox mühüm koordinatlar verir. Amma yenə burada bir daha vurğulayaq ki, Allah-Təalanı fiziki ölçülərlə təsəvvür etmək, dünya gözü ilə görməyə çalışmaq yanlışdır, xətadır və əmin olun ki, Allah deyəndə ağlımıza gələn, Allah deyil. Ona görə də bu mövzuda ciddi maariflənməyə, xətalardan, günahlardan uzaq olmağa çalışmalıyıq.

***

Bizim düşüncəmizdəki Allah anlayışı Qurandakı Allah anlayışı ilə bir çox məqamlarda uyğun gəlmir, bəzən də ziddiyyət təşkil edir. Bu mövzuda bəzi xətalı örnəkləri nəzərdən keçirək və onları dilimizdən də, düşüncələrimizdən də silməyə çalışaq.

- Quranda Allah-Təalanın cinsiyyəti haqda heç bir bilgi verilməyib. Bizdə isə bəziləri əsəbiləşəndə "səni o kişiyə tapşırıram" deyir. Bu, günahdır.

- Küfr dolu belə bir sözdə var ki, onu atalar sözü kimi təqdim edirlər: "Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma". Bu söz o qədər bərbad bir düşüncənin təzahürüdür ki, haqqında danışmaq belə istəmirik.

- "Yoxdan Allah da bezardır". Bu söz küfrün, günahın özüdür ki, var. Çünki Allah-Təala istədiyini istədiyi qədər yoxdan var edə bilir. Burada isə Allah-Təalanın olmayan şeydən gileyləndiyi danışılır. Adam bu mövzuda danışmağa belə qorxur.

- Birisi xətasını etiraf edəndə belə deyir: "Allah ağlımı aldı, mən də bu işi elədim". Eləsinə demək lazımdır ki, ay filankəs, Allah-Təala doğru yolu göstərir, düşünməyi əmr edir, haramdan uzaq durmağı buyurur. Allah-Təala ağıl verir, ağıl almır. Öz xətanı, öz günahını kimin boynuna atmaq istəyirsən?

- Bəzən çox danışan adam haqqında belə deyirlər: "Ağzını qoyub Allah yoluna, boş-boş danışır". Min dəfə "əstəğfürullah" deməyin gəlir. Allah yolunda olan adam heç boş-boş danışarmı, günah edərmi?

- "O qədər xəsisdir ki, Allah verdiyi canı da ondan ala bilmir", "O qədər məkrlidir ki, onunla Allah da bacarmaz", "Filankəs Allahın yadından çıxıb"... Bütün bu ifadələr dilimizin də, düşüncəmizin də təmizlənməyə, günahlardan arınmağa nə qədər möhtac olduğunu açıq-aydın nümayiş etdirir.

***

Hörmətli oxucular, bu saydıqlarımız hələ o xətaların, o günahların hamısı deyil. Özü də görürsünüzmü  bütün bu ifadələr atalar sözü, zərb-məsəllər kimi təqdim olunur. Bu küfrü uydurmağa cahilin ağlı yetməz. Bu, şeytan qədər çoxbilmiş düşüncələrin məhsuludur. Ona görə də ağzımızdan bir söz çıxaranda gərək ciddi-ciddi fikirləşək ki, o sözün mənası nədir, bizə günahmı qazandırar, savabmı? Düşüncələrimiz korlanıb artıq, haqqı batildən ayıra bilmirik, danışığımızda Allah-Təalaya iftira var... Söhbəti istədiyimiz qədər sərtləşdirə bilərik, amma elə düşünürük ki, arifə bu qədəri də kifayətdir və dəyərli oxucularımız nəticə çıxaracaqlar.

Başqa bir misal: Bizlərdə xeyir-şər deyəndə toyla yası nəzərdə tuturlar. Bütün ölümlər Allah-Təalanın əmri ilə, iradəsi ilədir. Əgər Allahın əmri vaqe olursa, insan niyə bu hadisəyə şər deməlidir? Allahın əmrinə şər demək əxlaqa yaraşarmı?
"Zaman Azərbaycan"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ucarda 1 nəfər çayda batıb

23 İyun 2017 19:24

Azərbaycanın balıqçılıq müəssisəsi səhmdarlarına hesabat verəcək

23 İyun 2017 19:22

Yaponiya hökuməti terrorçulara qoşulan yaponu vətəndaşlıqdan çıxardı

23 İyun 2017 19:22

Heydər Əliyev Sarayında yeni layihə: "Məşhurlar və övladları"

23 İyun 2017 19:22

“Çelsi”nin stadionunda “Qarabağ” klubu haqqında filmin təqdimatı

23 İyun 2017 19:18

Çin millisi Almaniya çempionatında çıxış edəcək

23 İyun 2017 19:17

Üç qatil fil divarı qırıb qaçdı - VİDEO - FOTO

23 İyun 2017 19:17

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi keçirilib -

23 İyun 2017 19:13

Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub

23 İyun 2017 19:12

Murad Dadaşovla Ranar Musayev barışdı - VİDEO

23 İyun 2017 19:12

"Qalatasaray"ın transferi açıqlandı: 8 milyon avro

23 İyun 2017 19:07

Dünyanın ən əsəbi xalqı açıqlandı

23 İyun 2017 19:05

Qusarda Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

23 İyun 2017 19:04

DİM: Bu gün 57 088 şagird buraxılış imtahanı verib

23 İyun 2017 19:02

“Standard Insurance”in iki rəhbər şəxsi işdən çıxıb

23 İyun 2017 19:02

Daha bir şəxs “Space”dən getdi

23 İyun 2017 18:58

Kamal Abdulla: "Məhəbbət iki tərəfli olmalıdır" - FOTO

23 İyun 2017 18:52

Bakıda yoxa çıxan 17 yaşlı qızdan XƏBƏR VAR

23 İyun 2017 18:52

"Bakı-Sumqayıt" qatarından istifadə edənlərin NƏZƏRİNƏ

23 İyun 2017 18:49

15 yaşlı Azərbaycan gözəlindən İNANILMAZ SÖZLƏR: “Təklif gəlsə, alt paltırında...” - FOTO

23 İyun 2017 18:48

Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:47

Fransa səfirimiz dəyişdirildi

23 İyun 2017 18:44

Azərbaycanın Fransada yeni səfiri təyin edilib

23 İyun 2017 18:42

Sibel 11 ildən sonra Türkiyədə bunu yenə edəcək

23 İyun 2017 18:42

Putin "Türk axını"nı işə saldı

23 İyun 2017 18:42

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişir

23 İyun 2017 18:38

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli

23 İyun 2017 18:38

Azərbaycanın Fransadakı səfiri geri çağrılıb

23 İyun 2017 18:36

Çoxmənzilli binaların əsaslı təmirinə 3 milyon manat

23 İyun 2017 18:35

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verildi

23 İyun 2017 18:33

Azərbaycanlı aktyorlar festivala yola düşür

23 İyun 2017 18:32

Dəniz nəqliyyatı işçilərinə medal və fəxri ad verilib - SİYAHI

23 İyun 2017 18:29

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

23 İyun 2017 18:28

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar - FOTO

23 İyun 2017 18:27

Şirvanda çoxmənzilli binaların təmirinə 3 milyon manat ayrıldı

23 İyun 2017 18:27

Çempionlar Liqasında iştirak edəcək

23 İyun 2017 18:25

Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq tapıldı

23 İyun 2017 18:22

Bakı-Sumqayıt qatarlarının əvvəlki hərəkət cədvəli bərpa olunur

23 İyun 2017 18:22

Prezident İlham Əliyev

23 İyun 2017 18:20

İlham Əliyevdən Ramazan TƏBRİKİ

23 İyun 2017 18:19

"Şort geyinmək nədir, camaatın anası, bacısı var" - VİDEO

23 İyun 2017 18:17

"Barselona" braziliyalı futbolçu transfer etdi - RƏSMİ

23 İyun 2017 18:17

""Formula 1" Azərbaycanda idmanın inkişafına təkan veririr"

23 İyun 2017 18:15

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

23 İyun 2017 18:13

Pekində 500-ə yaxın aviareys təxirə salınıb - SƏBƏB?

23 İyun 2017 18:08

Bakı küçələrində Formula 1 həyəcanı

23 İyun 2017 18:07

Moldova prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

23 İyun 2017 18:07

Sumqayıt Dövlət Universitetinin sabiq prorektorunun oğluna hökm oxunub

23 İyun 2017 18:07

İqor Dodonun rəsmi səfəri başa çatıdı

23 İyun 2017 18:07

Dövlət büdcəsinin gəlirləri 511 milyona çatdırılacaq

23 İyun 2017 18:05