Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dahi rəhbər Heydər Əliyevin zəngin irsi gələcək nəsillərə örnəkdir

Dahi rəhbər Heydər Əliyevin zəngin irsi gələcək nəsillərə örnəkdir

Date: 12 December 2015 21:03


Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsini anma tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru Fərid Əhmədov Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm xidmətlərindən söz açıb.
Bildirilib ki, müdrik rəhbər Heydər Əliyevin təkcə Azərbaycanın dövlətçilik tarixində deyil, dünyanın məşhur siyasətçiləri sirasında xüsusi yeri vardır. Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ümummilli lider Heydər Əliyev müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin tərəqqisi üçün mühüm işlər görüb. Görkəmli dövlət xadimi zəkası, müdrikliyi, uzaqgörən siyasəti, bacarığı və qətiyyəti sayəsində Azərbaycanı parçalanmaqdan və məhv olmaq təhlükəsindən xilas edib.
F.Əhmədov qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderin qısa müddətdə həyata keçdiyi müdrik siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı çiçəklənmə mərhələsinə qədəm qoyub. Ulu Öndərin zəngin irsini öyrənərək təbliğ etmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Digər çıxış edənlər də görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatından, zəngin fəaliyyətindən söz açıblar.

Tags:  Dahi rəhbər Heydər Əliyevin zəngin irsi gələcək nəsillərə örnəkdir


RƏYLƏR


Top news