Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ulu öndər Heydər Əliyev tariximizin şanlı səhifələrində daim yaşayacaq

Ulu öndər Heydər Əliyev tariximizin şanlı səhifələrində daim yaşayacaq

Date: 12 December 2015 21:08


Bakı, 12 dekabr, AZƏRTAC 
Təhsil Problemləri İnstitutunda (TPİ) Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov xalqımızın qəlbində, tariximizin şanlı səhifələrində daim yaşayacaq dahi şəxsiyyət Heydər Əliyevin həyatından maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Digər çıxış edənlər də siyasi və mənəvi böyüklüyü ilə, varlığı, nitqi, mədəniyyəti, fenomenal yaddaşı, ideoloji əqidəsi, rəftarı ilə hər kəsə nümunə olan Ulu Öndərin şərəfli ömür yolundan, zəngin fəaliyyətindən danışıblar.

Tags:  Ulu öndər Heydər Əliyev tariximizin şanlı səhifələrində daim yaşayacaq


RƏYLƏR


Top news