1400 atlı super maşın - FOTO

1400 atlı super maşın - FOTO
21:12 12 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Mexikoda keçirilən xüsusi tədbirdə yerli LTM Hot Spot şirkəti 1400 a.g. sahib Inferno adlı superkar təqdim edib. Mühəndislər fantastik avtomobili növbəti ildə seriyaya buraxacaqlarına söz veriblər. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki,  Meksikada təqdim olunan prototipin nə dərəcədə sürətli və LTM Hot Spot nümayəndələrinin bildirdiyi kimi bu qədər güclü olması barədə dəqiq bir şey söyləyə bilməsək də, Inferno həqiqətən çox aqressivdir - 1400 at gücünü iki turbinli V8 mühərriki hasil edir, ilk yüzlüyə isə 3 saniyə ərzində sürətlənir. Maksimal sürət nə az, nə çox - 400 km/saatdır.

Superkarın işlənib hazırlanması 7 ilə başa gəlib. Mühəndislər meksikalı mütəxəssislərdən təşkil olunsa da, avtomobil İtalyada yığılıb. Dizayna görə isə, Antonio Ferraioli cavabdeh idi, O, Lamborghini superkarının ən dəlisov Reventon, Veneno və Asterion layihələrində iştirak edib.
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/389532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR