Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Telman İsmayılov: ilin fiaskosu

Telman İsmayılov: ilin fiaskosu

Date: 12 December 2015 21:12

Dünyaca məşhur "Forbes" jurnalının rus versiyası Rusiyanın 2015-ci il üzrə ən varlı iş adamlarını seçməyə başlayıb. 

Milli.Az axar.az-a istinadən xəbər verir ki, jurnalın saytında keçirilən səsvermə ilin biznesmeni, fiaskosu və digər bölümlər üzrə aparılır.
 
Bir neçə gün öncə müflis olduğunu etiraf edən Azərbaycan əsilli iş adamı Telman İsmayılov "Forbes" jurnalının ilin fiaskosu bölümündə səsverməyə çıxarılıb. Hazırda 1108 nəfər onun əleyhinə səs verib.
 
"Çerkizov bazarının bağlanmasından sonra hakimiyyət ilə problemin həllinə baxmayaraq, yığılmış borclarla mübarizə apara bilmədi.  "Mardan Palas" satıldı və bankrot olan fiziki şəxs kimi Forbesin siyahısına düşdü", - jurnalda qeyd edilib.
Milli.Az


Tags:  Telman İsmayılov ilin fiaskosu


RƏYLƏR


Top news