Əbu Bəkr Əl Bağdadinin birinci müavini yaralandı

Əbu Bəkr Əl Bağdadinin birinci müavini yaralandı
21:14 12 Dekabr 2015
31 Dünya
Ölkə mətbuatı
A- A+

İraq Hərbi-Hava Qüvvələrinin İraq-Suriya sərhədi yaxınlığında keçirdiyi əməliyyat nəticəsində azı İŞİD terror qruplaşmasının 15 silahlısı məhv edilib və qruplaşmanın lideri Əbu Bəkr Əl Bağdadinin birinci müavini Əbu Əli Əl Anbari yaralanıb.    

 

Məlumata görə, İraqın döyüş təyyarələri İŞİD-in Əl-Aş yaşayış məntəqəsi yaxınlığında yerləşən qərargahına zərbələr endirib. “Operativ məlumata əsasən, yaralananlar arasında Əbu Bəkr Əl Bağdadinin birinci müavini Əbu Əli Əl Anbari var. O dərhal Bukemal rayonuna göndərilib. Ölənlər arasında İŞİD-in hərbi komandanlığının 4 üzvü var. Onlardan biri Səllahəddin əyalətində əməliyyatlara rəhbərlik edən İraq ordusunun sabiq zabiti Əbu Qəmam Əl Zobeydidir”, deyə DİN-in məlumatında bildirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR