Ümummilli lider Heydər Əliyevin xatirəsi Sarayevoda da anılıb

21:23 12 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Sarayevo, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyində müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
Mərasimdə əvvəlcə Azərbaycanın, Bosniya və Herseqovinanın dövlət himnləri səsləndirilib.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bu ölkədəki diplomatik nümayəndəliyimizin müşaviri İsmayıl Cəfərov ulu öndər Heydər Əliyevin həyat yolundan, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, məhz ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və inkişaf etdirilib.
Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə çiçəklənən Azərbaycan beynəlxalq səviyyədə nüfuzlu ölkəyə çevrilib, regionda isə lider dövlət mövqeyini qoruyub saxlayıb.
Daha sonra mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmi izləyib və Ulu Öndərin siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.
Mərasimdə Bosniya və Herseqovinanın elm, mədəniyyət, incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, tələbələr, iş adamları, diplomatlar və jurnalistlər iştirak ediblər.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyevin_xatiresi_Sarayevoda_da_anilib-910850

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR