"Avro-2016"nın mükafat fondu açıqlandı

"Avro-2016"nın mükafat fondu açıqlandı
21:26 12 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Gələn Parisdə keçiriləcək "Avro-2016"nın pul mükafatı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsi sözügedən yarışın püşkatma mərasimindən öncə Parisdə bir araya gəlib.

Fransada keçiriləcək Avropa Çempionatında iştirak edəcək komandaların sayı 16-dan 24-ə yüksəldiyi üçün, mükafat fondunda da artım olub. Belə ki, 2012-ci ildə mükafat fondu 196 milyon idisə, 2016-da bu məbləğ 301 milyon avro olacaq. Yarışın final mərhələsinə qatılan hər yığmaya 8 milyon avro veriləcək. Qrupda qazanılan hər qələbə 1 milyon, heç-heçə isə 500 min avro dəyərində ölçüləcək. Qrupdan sonra isə mükafat yoxdu. Sadəcə, komandalar mərhələ adlayacaqları halda pul qazanacaq.


Türkiyə millisi

1/16 finala qalan hər komandaya 1 milyon 500 min, 1/8-ə yüksələnlərə isə əlavə olaraq 2,5 milyon ödəniləcəkş. Yarımfinalın mükafatı isə 4 milyondu. Çempion olacaq komandaya 8, finalda məğlub olana isə 5 milyon avro ödəniləcək. "Avro-2016"nın qalibi olacaq komanda qrupdan 3 qələbə ilə çıxarsa, UEFA-dan 27 milyon avro alacaq. Bu mükafat 2012-ci ildə 23,5 milyon idi.

Fransanın paytaxtı Parisdə 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkatma mərasimi Bakı vaxtı ilə saat 21.00-da başlayıb. İyunun 10-dan iyulun 10-dək davam edəcək yarışın 24 iştirakçısı püşkatmada iştirak edəcək. Siyasi səbəblərə münasibətləri yaxşı olmayan Türkiyə millisi 3-cü səbətdədi və Rusiya ilə bir qrupda mübarizə aparmağa yaxındı.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367149

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR