Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Honda-dan Mazda-ya rəqib - FOTO

Honda-dan Mazda-ya rəqib - FOTO

Date: 12 December 2015 22:12

Autocar dərgisinin məlumatına əsasən, Honda şirkəti Mazda MX-5 və Fiat 124 Spider modellərinə birbaşa rəqib hazırlayır. Honda S2000 sələfi sayılacaq yeni sportkarın ön mühərrik tərtibatlı və arxa ötürməli olması bildirilir. Bunun üçün avtomobilə 180 a.g. hasil edən 1,5 litrli dörd silindirli turbomühərrik quraşdırılacaq. 

Milli.Az 4charx.com-a istinadən bildirir ki,  yeni sportkarın Honda Civic Type R modelindən mənimsənilən 2 litrli 310 atlı turbomühərriklə təchiz edilən "qaynar" versiyası da hazırlanacaq. Yeni Honda sportkarının hər iki versiyası 6 silindirli mexaniki sürətlər qutusu əldə edəcək. 

Beləliklə də, Honda S2000 sələfi düşünüldüyü kimi hibrid olmayacaq. 
Milli.Az





Tags:  Honda-dan Mazda-ya rəqib FOTO

RƏYLƏR


Top news