Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qarsı müzakirə etdilər

Gürcüstan və Türkiyə prezidentləri Bakı-Tiflis-Qarsı müzakirə etdilər

Date: 12 December 2015 22:12

Gürcüstan  prezidenti Georgi Marqvelaşvili Türkmənistana səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.
Milli.Az APA-ya istinadən bildirir ki, Gürcüstan  prezidenti administrasiyasının məlumatına əsasən, dövlət başçıları görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini -  Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin reallaşdırılmasının tezləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması, Xəzər enerji resurlarının daşınmasında yeni imkanlara dair mövzuları müzakirə ediblər.
 
Gürcüstan  prezidenti Azərbaycan, Türkmənistan, Gürcüstan  və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsinə dair öz fikirlərini bölüşüb.   
 
Tərəflər həmçinin regional təhlükəsizliyə dair məsələləri müzakirə ediblər.
 
Türkiyə prezidenti Gürcüstanın ərazi bütövlüyünü bir daha dəstəkləyərək, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə sazişlər imzalamasını pisləyib.
 
"Türkiyə NATO-nun üzvü və Gürcüstanın tərəfdaşı olaraq, Gürcüstanın Alyansa üzv seçilməsinə dəstək verəcək", deyə Ərdoğan görüşdə vəd edib.  
Milli.Az


Tags:  Gürcüstan Türkiyə prezidentləri Bakı-Tiflis-Qarsı müzakirə etdilər


RƏYLƏR


Top news