Misirdə “Ruzəl-Yusuf” qəzetində ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar məqalə dərc edilib

Misirdə “Ruzəl-Yusuf” qəzetində ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar məqalə dərc edilib
22:17 12 Dekabr 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Cari ilin 10 dekabr tarixində Misirin nüfuzlu "Ruzəl-Yusuf" qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar jurnalist Əhməd Tarabekin məqaləsi dərc edilmişdir.

Ə.Tarabek Azərbaycan xalqının hər il dekabrın 12-də ümummilli lider və müasir Azərbaycanın banisi Heydər Əliyevin anım mərasimini keçirdiyini qeyd etmiş və ümummilli lider H.Əliyevin ölkəsini çətinliklərdən çıxararaq, onun inkişafı yolunda böyük nailiyyətlərə imza atmış şəxsiyyət olduğunu, vətəninə və millətinə sadiq olması ilə xalqın qəhrəman övladına çevrildiyini bildirmişdir.

Müəllif demokratiyanın inkişafı və ictimai ədalətin bərqərar olması üçün hər hansı bir ölkənin ağır zamanlar yaşamasının təbii olduğunu bildirərək, Azərbaycan Respublikasının məlum dövrlərdə siyasi və iqtisadi böhran yaşadığını, əsas probleminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin olduğunu qeyd etmiş, 1993-cü ildə xalqın tələbi ilə H.Əliyevin hakimiyyətə gəlməsi və 1994-cü ildə Ermənistanla müharibənin dayandırılmasına dair razılığın əldə olunması barədə məlumat vermişdir.

Ə.Tarabek H.Əliyevin apardığı siyasi, iqtisadi və sosial islahatlar nəticəsində bu gün Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyini bildirmiş və ölkənin xarici valyuta ehtiyatlarının 55 milyard dolları keçdiyini, doqquz il ərzində yoxsulluq həddinin 49%-dən 5%-ə, həmçinin, işsizlik səviyyəsinin 5%-ə düşdüyünü vurğulamış, Azərbaycanın dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olaraq, 40-cı yerdə durduğunu, Cənubi Qafqaz regionunda iqtisadiyyatın 80%-in Azərbaycanın payına düşdüyünü diqqətə çatdırmış, bundan başqa, Azərbaycanın 2020-ci ildə iqtisadi və siyasi cəhətdən inkişaf etmiş ölkələr sırasına daxil olmasına səy göstərdiyini xüsusilə qeyd etmişdir.

Azərbaycanla Misir arasında iqtisadiyyat, texnologiya, energetika və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün hər iki ölkənin geniş imkanları olduğunu qeyd edən müəllif Azərbaycanın Misirdə icrası nəzərdə tutulan beynəlxalq iqtisadi və turizm layihələrində iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR