Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin rəqibləri bəlli oldu (FOTO)

Türkiyənin rəqibləri bəlli oldu (FOTO)

Date: 12 December 2015 22:31

Futbol üzrə 2016-cı ildəFransada keçiriləcək Avropa Çempionatının püşkatma mərasimi başa çatdı.

ANS PRESS-in məlumatına görə, azərbaycanlı futbol sevərlərin azərkeşlik etdiyi Türkiyə mıllisi D qrupunda mübarizə aparacaq.



Türklər bu qrupda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq. Şimal qonşumuz Rusiya millisi B qrupunda İngiltərə, Uels və Slovakya ilə münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycanda kifayət qədər azərkeş kütləsi olan Ukraya millisi C qrupunda Almanya, Şimali İrlandiya və Polşa ilə qarşılaşacaq.



Parisdə baş verən terror hadisəsi ilə əlaqədar tədbirin təhlükəsizliyi yüksək səviyədə olub. İyunun 10-dan iyulun 10-dək davam edəcək yarışın 24 iştirakçısı püşkatmada 6 qrupa bölünüb.

Başa çatan püşkatmadan sonra qrupların tərkibi belə olub:

A qrupu
Fransa
Rumıniya
Albaniya
İsveçrə

B qrupu
İngiltərə
Rusiya
Uels
Slovakiya

C qrupu
Almaniya
Ukrayna
Şimali İrlandiya
Polşa

D qrupu
İspaniya
Türkiyə
Çexiya
Xorvatiya

E qrupu
Belçika
İtaliya
İrlandiya
İsveç

F qrupu
Portuqaliya
İslandiya
Avstriya
Macarıstan

Tags:  Türkiyənin rəqibləri bəlli oldu FOTO

RƏYLƏR


Top news